Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Elçin Namazovun həbsindən şikayət verilib

Hüquqşünas Elçin Namazovun işindən apellyasiya şikayəti verilib. Noyabrın 25-də Xətai Rayon Məhkəməsi Elçin Namazova 15 sutka inzibati həbs cəzası kəsib. O, polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinib.

Vəkil Xalid Bağırov bildirib ki, şikayət noyabrın 26-da təqdim olunub: “Yazılan protokola əsasən, Elçin bəy Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. Şikayətdən sonra onu Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə dəvət ediblər. Polis bölməsinə gəlmədiyi üçün onu zorla gətiriblər, həmin zaman Elçin bəy qəsdən tabesizlik göstərib.
Elçin bəy haqda inzibati həbs cəzası seçiləndən sonra 37-ci polis bölməsinin əməkdaşı Kamil Cavadov adlı şəxs məhkəmədən rəsmi məktub alıb ki, onu təhvil alıb Bakı polisinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə aparacaq. Amma təcridxanaya aparılmayıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı deyilsə də, heç bir rəsmi cavab verilmir. Hazırda Elçin bəyin harada olduğu bilinmir”./mediaforum/
1252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:42