Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Hər ərəb şahzadəsi İraq və Suriyaya nə qədər terrorçu göndərib?!

Nur-az.com-un ShiaOnline-a istinadla verdiyi xəbərə əsasən, aparılmış araşdırmalardan məlum olur ki, hər ərəb şahzadəsi İraq və Suriyaya 100-dən çox terrorçu göndərib.
Bu arada Bəhreyndə fəaliyyət göstərən bir media şirkəti Səudiyyə Ərəbistanından olan bir şahzadədən müəyyən məlumatları dərc edərək bu məsələni ifşa edib. Belə ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin şahzadələri hərəsi Afrika və digər ölkələrdən olan azı 100 nəfər muzdur döyüşçü satın almış və onları “rafizilərlə” (şiələrlə - red.) müharibə etmək üçün İraq və Suriyaya göndərmişdir.
Bu xəbər yayılmazdan öncə də bir çox ərəb KİV-i İraq və Suriyada terrorizmi dəstəkləyənlərin əsasən Ali-Səud şahzadələri olduğunu medianın gündəminə çıxarmışdılar.
Bütün bunlardan məzhəkəli olan budur ki, terrorizmi himayə edən Səudiyyə Ərəbistanı, Qətər və başqa ərəb ölkələri özlərinin terror əleyhinə olan ölkələr olduqlarını iddia edirlər.
1201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16