Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Merkel: Minlərlə İŞİD-çi G20 ölkələrindəndirlər!

Almaniya kansleri Angela Merkel terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinə (İŞİD) qoşulmuş şəxslərin minlərlə nəfərinin G20 sammitinə üzv olan ölkələrin vətəndaşları olduğuna görə təəssüflənib.
Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə əsasən, ölkə parlamentində çıxış edən A. Merkel bildirib: İraq və Suriyanın ərazilərinin bir hissəsini işğal edən ifratçı İŞİD qruplaşması region əhalisi və hətta bütün dünya ölkələri üçün ən qorxulu təhdid sayılır.
O deyib: Dünyanın ən güclü iqtisadiyyatına malik olan 20 ölkənin başçılarının iclasından cəmi 10 gün sonraya qədər, İŞİD terror qruplaşması G20 sammitinə üzv olan ölkələrin əhalisi içərisindən minlərlə terrorçu cəlb edə bilib.
Merkel deyib: Terrorçularda insanı qətl etməmək üçün hər hansı qırmızı xətt və iradə göstərmək olmadığı üçün bizim təhlükəsizliyimiz də təhdid edilir.
Qeyd edək ki, Almaniya dövləti İraq və Suriyada İŞİD terrorçularına qoşulmuş öz vətəndaşlarının sayını 550 nəfər elan etmişdir. Onlardan təqribən 70 nəfəri döyüşlərdə və ya intiharçı terror əməliyyatlarında ölmüş və 180 nəfəri isə Almaniyaya geri qayıtmışlar.
1129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18