Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Peşmərgə İŞİD-in yolunu kəsdi

İraqın Kərkük şəhəri yaxınlığında kürd peşmərgə qüvvələri ilə İŞİD qüvvələri arasında döyüşlər gedir. CNN Türk telekanalının məlumatına görə, İŞİD Kərkük yaxınlığındakı bir neçə kəndə eyni vaxtda hücum edib. İraq ordusu və Peşmərgə qüvvələri birlikdə İŞİD-ə top, mərmi və avtomat silahla qarşılıq verib.

Atışma zamanı bölgəyə xeyli sayda əsgər yeridilib. Peşmərgə də əlavə qüvvələr cəlb edib. Gücləndirilən anti-İŞİD qüvvələri İŞİD-ə qarşı əks-hücuma keçib və 4 ayrı əməliyyata başlanılıb. Kərkük yaxınlığındakı Təlilvərid kəndində xeyli sayda İŞİD döyüşçüsünün meyidinin aşkar edildiyi bildirilir. Həmin kəndin böyük bir hissəsi bir müddət əvvəl İŞİD-in əlinə keçmişdi.
1181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
14.08.17, 08:05