Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Aşura günündə Kərbəlanı 5 milyon insan ziyarət edib

Bu il Aşura günündə Kərbəla şəhərinə gedən xarici zəvvarların sayı kəskin azalaraq, 42 minə enib

Məhərrəmlik əzadarlığında Kərbəla əyalətində terror aktı baş verməyib.

İnterAz-ın “SuməriyyəNews”a istinadla verdiyi xəbərə görə, bu barədə İraqda məhərrəmlik ayı ilə əlaqədar keçirilən əl-Furat hərbi əməliyyatlarının komandiri General Leytenant Osman əl-Ğanimi xəbər verib. O, Kərbəla şəhərində keçirdiyi mətbuat konfransında bəyan edib ki, Aşura günündə Kərbəlaya 5 milyondan artıq zəvvar gəlib.

İraq hərbi rəsmisi Kərbəlada Aşura mərasimində müəyyən bir terror aktının baş vermədiyini və bunun təhlükəsizlik qüvvələrinin ciddi səyi nəticəsində baş tutduğunu bəyan edib.

Qeyd edək ki, bu il Aşura günündə Kərbəla şəhərinə gedən xarici zəvvarların sayı kəskin azlaraq, 42 minə enib. Dünən Aşura günündə İraqda terror aktlarında onlarla əzadar həlak olub. Lakin Kərbəla şəhərində heç bir terror aktı baş verməyib.
2118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı