Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

İngiltərə səfirliyinə kamikadze hücumu oldu – İki ölü

Böyük Britaniyanın Əfqanıstanın paytaxtı Kabildə yerləşən səfirliyinə kamikadze hücumu olub.

İngiltərənin Teleqraf qəzeti xəbər verir ki, hücumda iki əfqan vətəndaşı ölüb, çoxlu yaralı var.

Bir kamikadze motosikletini ingilis səfirliyinə aid avtomobilə çırparaq özünü partladıb. Məlumata görə, partlayış çox güclü olub, səsi şəhərin hər tərəfində eşidilib, havaya böyük tüstü buludu yüksəlib.

İngilis səfirliyinin sözçüsü də hücum barədə açıqlama verib: “Səfirliyin avtomobilinə hücum təşkil edilib. Yaralılar var. Əfqan tərəfi ilə birgə işlər görürük”.

Xatırladaq ki, keçən bazar günü Əfqanıstanın şərqindəki Paktika şəhərində voleybol matçı zamanı kamikadze hücumu təşkil edilmiş, nəticədə 57 nəfər həlak olmuşdu. Bazar ertəsi isə Kabildə amerikan əsgərlərinin avtomobilinə düzənlənən hücumda iki amerikan əsgəri ölmüşdü./axar/
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:49