Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

ABŞ-da aksiyalar səngimir

Birləşmiş Ştatlarda isə bir neçə ay əvvəl öldürülmüş qaradərili gəncin qətlinə görə məhkəmədə polisin bəraət alması qərarına etiraz olaraq keçirilən aksiyalar artıq narahatlıqla qarşılanır. Bu etirazlar həm də fövqəldövlətdə irqçilik probleminin dərin köklərinin olmasından xəbər verir. Vəziyyəti ağırlaşdıran məqamlardan biri təkcə bu hadisədən sonra 6 qaradərili gəncin polis tərəfindən silahla öldürülməsi faktıdır.

ABŞ-da qaradərili gənci qətlə yetirən polis əməkdaşının həbs olunmaması barədə çıxarılan qərara etiraz olaraq Ferqusonda başlayan aksiya səngimir. Havanın qarlı və soyuq olmasına baxmayaraq narazı kütlə Braunun öldürüldüyü küçəni tərk etmir. Bir çox şəhərlərdə etirazçılarla polis arasında qarşıdurmalar yaşanıb.

Etirazçılar əsas yolları və küçələri bağlayıblar. Aksiya iştirakçıları bu ölkədə polisin afrikalı-amerikalılara qarşı münasibətinin pis olduğunu, hələ də irqi bərabərsizliyin davam etdiyini bildiriblər. İndi ölkədə çoxları Darren Uilson Maykl Brauna atəş açan zaman onun insan haqlarını pozub, pozmadığını düşünür.

ABŞ vətəndaşı Havier Lepor deyir ki, hadisə baş verən vaxt çoxlu şahidlər olub: “Amma əlbəttə ki, polis əmin olmadan insanı bu cür öldürməməlidir. Bu, ölkəmizdə baş verən ilk hadisə deyil. İnsanın günahı olsa da, bu şəkildə öldürmək düzgün deyil” .

Amerika hökuməti isə ölkədə baş qaldıran etirazlardan ciddi narahat olmağa başlayıb.

Kütləvi qarşıdurmaları əngəlləmək üçün Maykl Braunun öldürülməsi işinə baxan prokuror məhkəmə prosesinə aid bütün materialları, maddi dəlilləri ictimailəşdirib. Bu isə Amerika tarixində nadir hadisə hesab olunur. ABŞ-ın Baş Prokurolu fakta dair Federal səviyyədə istintaq araşdırılmasına başlanıldığını deyib.

Yeniyetməni öldürən Darren Vilson isə Ferquson Polis departamentindən istefa vermək üçün danışıqlara başlayıb.

Ferqusyon hadisələrilə bağlı ölkədə etirazların baş qaldırdığı ərəfədə bu dəfə Klivlenddə polisin bir neçə gün əvvəl 12 yaşlı qaradərili uşağı öldürməsini əks etdirən video yayılıb. Polis bildirib ki, bir nəfər “911-qaynar xəttə” zəng edərək, 12 yaşlı yelləncəkdəki bir uşağın silahla hamını qorxutduğu xəbərini verb. Polisin Rays adlı uşağın ona tabe olmadığını əsas gətirərək iki dəfə atəş açıb. Uşaq xəstəxanada dünyasını dəyişib. Məlumata görə, bu il ümumilikdə Birləşmiş Ştatlarda polis 18 uşağı güllələyərək öldürüb./ans/
1222 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17