Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Aslan Məshədovun Türkiyədəki adamı İŞİD-ə görə öldürülüb

Mədət Ünlü Suriya savaşına görə öldürülüb.

Bu açıqlama ilə Türkiyədə qətlə yetirilən məşhur çeçen lider Mədət Ünlünün ailəsi çıxış edib.

Məlumatda Ünlünün Suriyaya gedən çeçenlərin önündə bir əngəl yaratdığı bildirilib. Çeçen liderinin Suriya savaşının öz xalqının nümayəndələri üçün gərəkli olmadığına inandığı söylənilib.

Qeyd edək ki, Mədəd Ünlu keçən ilin mayında qətlə yetirilmişdi. O, Çeçen İçkeriya Respulikasının Türkiyədəki diasporunun rəhbəri kimi tanınırdı. Ünlü Rusiya və Kadırova qarşı sərt mövqeyi ilə seçilirdi. Onun Ərdoğanla da yaxın dost olduğu deyilmişdi. Mədəd Ünlünün ölümü üçün Murad Aluça Kadırov tərəfindən göstəriş verildiyi ilə bağlı müəyyən iddialar səsləndirilmişdi. Bu iddialar içərisində əmrin FSB-dən gəldiyi ilə bağlı məqamlar da yer almışdı.

Bəzi mətbuat orqanları isə Mədəd Ünlünün Kadırovu təhqir etməsindən sonra öldürüldüyünü bildirmişdi. Həmçinin, Kadırovun bu ölümə görə Aluça 1 milyon dollar verdiyi iddia edilirdi. Ünlünün ölümündən iki gün sonra Aluçun Rusiyaya qaçdığı xəbəri yayılmışdı.

Xatırladaq ki, o, Aslan Məshədovdan sonra çeçen mücahidlərinin lideri olan Əbdül Xalim Sadullayev tərəfindən o zaman Çeçen-İçkeriya Respublikasının ikinci vitse-prezidenti Əhməd Zakayevin təklifi ilə Türkiyədə səfir vəzifəsinə təyin olunmuşdu. Sadullayev isə bundan bir il sonra, yəni 2006-cı ildə qətlə yetirilmiş və onu bu vəzifədə Doku Umarov əvəz etmişdi.

Türkiyədə indiyə qədər 6 çeçen lider qətlə yetirilib. Onların qətllərinin hər birində Rusiyanın əli olduğu güman edilir./axar/
1286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber