Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Kiyevdə Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb olundu

Noyabrın 27-si Kiyevdə, Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında aksiya keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, “Human Rayts Votç” təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada yerli hüquq müdafiəçiləri Azərbaycandakı siyasi məhbusların azad olunmasını tələb ediblər.

Məhbus hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədlinin, bir neçə aydır yeri bilinməyən jurnalist Emin Hüseynovun fotolarını qaldıran, həmin şəkillərin həkk olunduğu köynəklər geyinən aksiya iştirakçıları Azərbaycan dilində “Azadlıq” şüarları səsləndiriblər.

Etirazçılar “Azadlıq” radiosuna açıqlamalarında deyiblər ki, Azərbaycanda siyasi əqidəsinə görə tutulmuş şəxslər azadlığa buraxılanadək bu tipli aksiyalar davam edəcək. Onlar özəlliklə hüquq müdafiəçilərinin həbsinin yolverilməz olduğunu vurğulayıblar.
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı