Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Bu gün Milli Məclisin qarşısında aksiya olacaq

Şəhid ailələri parlamentdən sığorta pulunu tələb edəcəklər
Aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan şəxslərin ailə üzvləri onlara dövlət icbari sığorta pulunun verilməsi məqsədi ilə bu gün Milli Məclisin qarşısında etiraz aksiyası keçirəcəklər.

Bu barədə Şəhid Ailələrinə Sosial Dəstək" ictimai birliyinin sədri Almaz Zeynalova məlumat verib.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirən "Azərsığorta"dan şəhid ailələrinə bildirilib ki, sığorta ödənişinin həyata keçirilməsi Milli Məclisdən asılıdır. Belə ki, parlament dövlət büdcəsində dövlət icbari sığorta pulunun verilməsi üçün vəsaitin ayrılmasını müəyyənləşdirməlidir. Bu gün də Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin qəbul olunacağı gözlənilir. Şəhid ailələri də aksiyada bu qanunda sığorta ödənişinin həyata keçirilməsi üçün vəsaitin ayrılmasının nəzərdə tutulmasını tələb edəcəklər", deyə A.Zeynalov bildirib.

Qeyd edək ki, torpaq uğrunda həlak olan hərbçilərin ailələri dövlət icbari sığorta pulunu almasında dəstək olmaları üçün Milli Məclisin deputatları Qənirə Paşayeva, İqbal Ağazadə, Əli Hüseynli, Aydın Mirzəzadə, Yevda Abramova, Flora Qasımova, Ziyad Səmədzadə və Fazil Mustafa ilə görüşüblər. Eyni məqsədlə dəfələrlə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və "Azərsığorta"nın qarşısında etiraz aksiyaları keçiriblər./bizimyol/
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22