Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Suriya ordusu İdlibdə iki rayonu "ən-Nusra"dan geri alıb

Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinin cənubunda Həmimat və əl-Mustariha rayonlarını "ən-Nusra Cəbhəsi"ndən geri alıb.

Məlumatda bildirilib ki, sözügedən iki rayon "Əbu-Duhur" hava limanı yaxınlığında yerləşdiyindən strateji əhəmiyyət daşıyır.

Suriyada qarşıdurmalar, döyüşlər, hərbi əməliyyatlar və terror aktları ötən sutka ərzində də davam edib.

Digər bir məlumatda Suriya ordusu Dəra (cənub) əyalətinin Şeyx-Miskin rayonunda silahlılara ağır zərbələr vurduğunu deyib.

Hələbin Kobani şəhərində isə "İslam Dövləti" terror təşkilatı kürdlərin mövqelərini 50 dəfədən artıq minaatanlardan hədəfə alıb.

Dəməşqətrafı əyalətin Qabun, Homsun əl-Vaar rayonu və Həmanın şərq bölgələri də qarşıdurmaların şahidi olub./İnterAz/
1321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı