Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Binə sakinləri nə gündə yaşayırlar? - Fotolar

“Sovxoz” deyilən yaşayış massivinə getmək üçün keçilməz yollardan keçmək lazımdır

Bir neçə gün əvvəl Xəzər rayonunun Binə qəsəbəsində əhali etiraza qalxaraq, yollarının bərbad vəziyyətdə olması və problemlərinin başlarından aşdığını bəyan etmişdilər. Aksiya keçirən insanların üzərinə göndərilən polis qüvvəsi isə onlara zor tətbiq edərək, dağıtmışdı. Hətta bu zaman polisin olduqca sərt davrandığı da qeyd olunurdur. 

Bu günlərdə isə müraciət edən Binə qəsəbəsinin “Sovxoz” adlanan yaşayış massivində yaşayan insanlar düşdükləri durumu təkcə sözlə deyil, həm də fotolarla rəsmi dairələrin diqqətinə çatdırmaq istəyiblər. Elə göndərdikləri fotolardan da aydın görünür ki, bu yaşayış massivində insanlar keçilməz yollardan istifadə edirlər. Qışda göydən bir damçı yağış düşdükdə keçilməz bataqlığa çevrilən ərazilər, nəinki sakinlərin, həmçinin dərsə gedən uşaqların da təhsilinə maneçilik yaradır. Çünki bataqlıqa çevrilmiş yollardan keçə bilməyən balacalar dərsə gedə bilmirlər.

Binəlilər deyirlər ki, onlar etiraz edəndə nə hakimiyyətə qarşı çıxıblar, nə də hər hansı bir iğtişaş törətmək istəyiblər. Etirazlarına səbəb hökumətdən dəstək istəmələri və yollarının düzəldilməsi olub. Və bunu da qanuni haqları olaraq dilə gətiriblər. “Biz məgər cinayət etmişik ki, 12 nəfərimiz 15 sutka həbs olunub? Məgər yol tələb etmək cinayətdir, yoxsa, asayişi pozmaq? Biz hüququmuz olanı dövlətdən tələb etmişik. Kimə üz tutaydıq? Məgər bu dövlət bizim deyil və biz dərdimizi kimə deməliyik?”.

Maraqlıdır ki, Xəzər rayon İcra Hakimiyyətinə mövcud vəziyyətlə bağlı dəfələrlə müraciət edilib. Lakin indiyə qədər heç bir tədbir görülməyib. Görünür, ya buna lüzum bilməyiblər, ya da camaatın zülm içində yaşamasını məqbul sayıblar. Hər halda uzun illərdir minlərlə insanın istifadə etdiyi yolların bu vəziyyətdə qalmasının bir açıqlaması vardır./jam.az/








1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55