Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Husilər Yəmənin mərkəzində daha bir şəhəri nəzarətə alıblar

Sentyabr ayında əl-Əmran, paytaxt Sənanı və bir sahil əyalətini ələ keçirən husilər hazırda Yəmənin mərkəzində əl-Qaidə şəhərini də nəzarətə alıblar.

İnterAz-ın "Əl-cəzirə"-yə istinadla verdiyi xəbərə görə, husilər şəhəri heç bir müqavimətə rast gəlmədən nəzarətə götürüblər və şəhərdə mühüm obyektlərdə nəzarət postları qurublar.

Qeyd edək ki, husilər ötən günlərdə "əl-Qaidə" terror təşkilatı və onunla müttəfiq olan qəbilələrlə qarşıdurmada, xüsusilə də, Rəda və əl-Qurayşiyya şəhərlərində mühüm irəliləyişlər edib.

Müşahidələr göstərir ki, Yəmən ordusu ilə müqayisədə husilər "əl-Qaidə" terror təşkilatı ilə mübarizədə daha uğurlu addımlar ata bilib. Ötən həftə Yəmən prezidenti tərəfindən husilərin ordu tərkibinə qatılması barədə razılığı, onların daha çox mütəşəkkül və müntəzəm olduğunu göstərir.
1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı