Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

ABŞ Ərdoğanın İŞİD-dən 25 dolara aldığı neftə göz dikib

Türkiyə prezidenti R.T. Ərdoğan Amerikanı Suriya münaqişəsində tərbiyəsiz davranmaqda ittiham edib.

Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ-ın vitse-prezidenti C. Bayden ilə Ankarada keçirdiyi görüşlərdən sonra yenə rəsmi Vaşinqtonu sərt tənqid edib.

Ərdoğan bəyan edib ki, Amerika Kobaniyə yardım etmək üçün gəldi, amma ikiüzlülük etdi.

Ankarada biznesmenlər qarşısında çıxış edərkən Ərdoğan qeyd edib ki, nəyə görə 12 min km uzaqdan kimlərsə bu regiona gəlməlidir? Onlar gəlib nə etdilər? İkiüzlü davrandılar. Biz Türkiyə olaraq siyasətdə tərbiyəsizliyə, düşüncəsizliyə və məntiqsiz tələblərin edilməsinə qarşıyıq.

Qeyd edək ki, Vaşinqton İŞİD-ə qarşı hücumlar üçün Türkiyənin cənubundakı İncirlik aviabazasından istifadə etmək istəsə də, Türkiyə bu tələbi rədd edir.

"Öz problemlərimizi başqa bir super gücün köməyi ilə deyil, öz xalqımızın köməyi ilə həll edəcəyik. Unutmayaq ki, Qərb bu regiona sadəcə neft üçün gəlib.” – deyə Ərdoğan sərt şəkildə bildirib.
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi