Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam vermeyin hökmlörini yazardız
Ad: Nadir, Ölkə: Müctəhid: Ayətullah Xamenei


Cavab:

Bismillahir-rəhmanır-rəhim
Salam verməyin hökmləri

1-Başqasına salam vermək müstəhəbb, salamın cavabını vermək isə vacibdir.

2-Namaz qılan halda olan kəsə salam vermək məkruhdur.
3-Namaz qılana salam verilsə onun cavabında salam verən kimi deməlidir: yəni «Salam» ya "Salam əleykə".
4-Namaz qılan kəs kimsəyə salam verə bilməz.
5-Salamın cavabını dərhal vermək lazımdır. Gecikdirsə, günah etmişdir.
6-Əgər hər iki nəfər eyni zamanda bir-birinə salam versə, gərək onlardan hər biri digərinə salamın cavabını bildirsin.
7-Kafirə salam vermək məkruhdur. Əgər o bir müsəlmana salam versə, vacib ehtiyata görə cavabında desin: "Əleykə" ya təkcə «"salam".

Salam verməyin ədəbləri:

1. Müstəhəbdir:
* Minikdə olan piyadaya;
* Ayaq üstə olan oturana;
* Az qrup çox qrupa (kütləyə);
* Kiçik böyüyə salam versin.
2. Namazdan qeyri halda müstəhəbdir salamın cavabını ondan yaxşı versin, əgər bir kəs desə: "Salam əleykum" müstəhəbdir cavabında deyilsin: "Salam əleykum və rəhmətullah".
3. Kişinin qadına, xüsusilə də gənc xanıma salam verməsi məkruhdur.
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...