Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Azərbaycan Yaşıllar Partiyasının həmsədri istefa verdi

Bu gün Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Gülaliyev öz vəzifəsindən istefa verib

Bu haqda Yaşıl Alternativ Xəbər Agentliyinə (yaxa.org) partiyanın mətbuat xidmətindən məlumat daxil olub. İstefanın səbəbi kimi Mayis Gülaliyevin "VƏTƏN" Siyasi Blokunun icraçı katibi vəzifəsinə seçilməsi göstərilir. "VƏTƏN" Siyasi Blokunun sədrlər şurasının bugünkü iclasında bu qərar qəbul edilib.Qeyd edək ki, Azərbaycan Yaşıllar Partiyası 2006-cı il dekabr ayının 16-da təsis edilib və 2008-ci ildə Avropa Yaşıllar Partiyasına məşvərətçi səs hüququ ilə üzv, 2012-ci ildə isə Assosiativ üzv seçilib. Azərbaycan Yaşıllar Partiyasının digər həmsədri tanınmış alim kimyaçı, Leybnits mükafatı laureatı Təranə Məmmədovadır./İslamazeri/
1926 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı