Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Bir gün ərzində yollarda 4 ölümlə nəticələnən qəza baş verib

Ötən gün Azərbaycan yollarında 4 yerdə ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, bütün hadisələrdə ölüm qeydə alınıb.

Belə ki, dünən saat 14 radələrində Ağcabədi rayonunun Taxtakörpü kəndində rayon sakinləri Cəlil Hüseynzadənin idarə etdiyi “VAZ-2106” və Aftandil Zeynalovun idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində C.Hüseynzadə hadisə yerində ölüb.

Digər hadisə saat 18 radələrində Abşeron rayonu ərazisində olub. Həmin istiqamətdə Sərvər Namazov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Arif Vəliyevi vurub. Hadisə nəticəsində piyada ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq Arif Vəliyev xəstəxnada ölüb.

Başqa bir hadisə isə saat 11 radələrində İsmayıllı rayonunun Aşıqbayram kəndində baş verib. Kənd sakini Oqtay Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmkəndlisi Şəfiqə Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daha bir ölümlə nəticələnən qəza saat 18 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kənd sakini İsgəndər Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi İlham İsgəndərovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Bütün faktlar üzrə cinayət işi başlanıb, araşdımalar aparılır.
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11