Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Bərzani: “İŞİD can verir”

İraq-Kürd Regional Rəhbərliyinin (İKBY) başçısı Məsud Bərzani Kərkükün cənubuna səfər edib.

Təşkilatın rəsmi saytında yayılan məlumata görə, kürd lider Kərkükün 12 kilometr cənubunda hərbçilərlə görüşən qüvvələrini terrorçulara mühüm zərbə vurduqlarına görə, təbrik edib: “Kürdüstanın bütün şəhidləri mənim uşaqlarım və qohumlarımdır. Ailələrinin kədərini öz kədərim olaraq qəbul edirəm”.
Bərzani kürd qüvvələrinin bütün cəbhələrdə terrorçuları geri oturtduğunu vurğulayıb: “Peşmərgə İŞİD-ə vacib zərbələr endirməyi bacardı. İndi terrorçular can verir, yox olmağa doğru gedir”.
Məlumat üçün bildirək ki, daha öncə Suriya və İraqda bir çox neft bölgələrini ələ keçirən terrorçuların yeni istiqaməti İraq neftinin 40 faizinin cəmləşdiyi Kərkükdür.
1373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16