Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

FİFA canlı əfsanəni də rüşvət çirkabına bulaşdırdı

Bu günlərdə Britaniya mətbuatında Almaniyanı lərzəyə gətirən xəbər yayıldı.

Münhenin "Bavariya" klubunun fəxri prezidenti və FİFA İcraiyyə Komitəsinin sabiq üzvü, almanların canlı əfsanə saydığı və ehtiramla "kayzer Frans" çağırdığı Frans Bekkenbauer beynəlxalq futbol qurumunun istintaq araşdırmasına məruz qalıb.

Söhbət DÇ-2018 (Rusiya) və DÇ-2022-yə (Qətər) ev sahibi ölkənin seçimində saxtakarlığa yol verilməsindən gedir.

Bekkenbauerdən başqa FİFA İK-in daha üç üzvü - İspaniya Futbol Federasiyasının rəhbəri Anhel Mariya Vilyar Lyon, FİFA-nın səhiyyə komitəsinin sədri, belçikalı Mişel D`Oqe, Tailand Futbol Assosiasiyasının baş katibi Voravi Makudi, həmçinin çilili Harold Meyn-Nikols da nəzarətə götürülüb. Cənubi amerikalı həmin dövrdə sözügedən turnirlərə ev sahibliyi etmək istəyən namizəd ölkələrin hesabatını aparan müfəttiş qrupunun rəhbəri idi.

Bu şəxslər 2010-cu il, dekabrın 2-də İsveçrənin paytaxtı Sürixdə keçirilən seçkilərdə FİFA-nın etik kodeksini pozmaqda ittiham olunurlar.
1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:48