Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Suriyada kimyəvi silahların məhvi əməliyyatlarının vaxtı məlum olub

Ölkədən çıxarılan kimyəvi maddələrin gələn ilin fevralın 5-dək məhv edilməsi nəzərdə tutulub

Suriyadakı kimyəvi maddələr bu ilin sonuna qədər ölkədən çıxarılacaq.

İnterAz-ın "əl-Ərəbiyyə" telekanalına istinadla verdiyi xəbərə görə, Kimyəvi Silahları Qadağan edən Təşkilat Suriyadakı kimyəvi maddələrin məhvi proseslərinin vaxtını müəyyənləşdirib. Təşkilat verdiyi bəyanatda Suriyadakı kimyəvi maddələrin ilin sonuna qədər çıxarılaraq məhv edilməsi üçün digər bir ölkəyə aparılmasını istəyib. Ölkədən çıxarılan kimyəvi maddələrin isə gələn ilin fevral ayının 5-dək məhv edilməsi nəzərdə tutulub.

Təşkilat Suriyada yerləşən kimyəvi obyektlərin bu ilin dekabrın 15-dən 2014-cü ilin mart ayının 15-ə qədər sıradan çıxarılmasını düşünür. Beynəlxalq Təşkilat Suriyanın kimyəvi arsenaldan tərksilah edilməsinə 2014-cü ilin iyun ayının 30-da son vermək istəyir.

Qeyd edək ki, sözügedən təşkiat Suriyadan götürülən kimyəvi maddələri Albaniyada zərərsizləşdirmək istəyirdi ki, Albaniya höküməti buna icazə verməyib.
1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber