Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Baş katib: “Soyuq müharibə” təkrarlana bilər

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Ukraynadakı vəziyyətin “soyuq müharibə” ilə nəticələnəcəyini istisna etmir.

Bu barədə T.Yaqland “Exo Moskvı” radiosuna müsahibəsində bildirib.

“Düşünmürəm ki, hazırda biz 1989-cu ilədək yaşanan “soyuq müharibə” şəraitindəyik. Lakin bu baş tuta bilər. Bu səbəbdən Ukrayna böhranını nizamlanması üçün bütün imkanlardan istifadə etmək lazımdır”, deyə Yaqland bildirib.

Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü mütləq müdafiə olunmalıdır: “Berlin divarının uçurulmasından 25 il ötür. Zənnimcə, Avropada yeni “divarlar” qurmaq zamanı deyil”./apa/
919 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08
Suri