Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Türk pilot Almaniyanı qarışdırdı: havaya qırıcılar qalxdı

“Turkish Airlines” şirkətininin pilotu “Boeing 737” təyyarəsinin qəza enişi icazəsi almaq əvəzinə, təsadüfən qaçırılması ilə bağlı siqnal düyməsini basıb.

Damdan oksigen maskalarının düşdüyünü görən Frankfurt-İstanbul təyyarəsinin sərnişinləri vahiməyə düşüblər. Pilot isə təsadüfən dispetçerə təyyarənin qaçırıldığı barədə məlumat ötürüb. Dispetçer təyyarənin heyəti ilə əlaqə yaratmağa çalışsa da, buna nail ola bilməyib.

Havaya iki qırıcı qaldırılıb və qırıcılar sərnişin təyyarəsini Vyana hava limanına qədər müşayiət ediblər./musavat/
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber