Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

7-ci mərtəbədən yıxılan qızın burnu da qanamadı (Video)

Türkiyədə təmizlik xidməti işçisi binadan yıxılan qızın həyatını xilas edib.

Ötən gün axşam saatlarında Əskişəhərdə yaşayan bir ailənin 4 yaşlı övladı ölümdən qayıdıb. 

Hadisə bir anda baş verib. Binalardan birinin qarşısında təmizlik işləri aparan ərazi üzrə cavabdeh şəxs Şükrü Deniz qəfildən qarşısına uşaq ayaqqabısı düşdüyünü görüb. 

Başını qaldırıb yuxarı baxdıqda bir uşağın yıxılmaq üzrə olduğunu başa düşüb. 

“Uşağın ayaqları sürüşdü, sonra mərmərdən tutaraq sağa-sola hərəkət etməyə başladı. Yıxılacağını anladım və əlimdəki süpürgəni kənara qoyub uşağın hərəkəti istiqamətində hərəkət etməyə başladım. Uşaq əllərini buraxdı, mən də qollarımı açdım və uşağı havada tutdum” – deyə xeyirxah təmizlik işçisi danışıb. 

Hadisə zamanı nə uşağa, nə də Şükrü Denizə ciddi heç nə olmayıb./ans/


1090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber