Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Neft 66 dollara düşdü

OPEK-in neft hasilatı kvotasına dəyişiklik etməməsi “qara qızıl”ın kəskin ucuzlaşmasına səbəb olub.

Nyu-York birjasında WTI markalı bir barrel neft 66,90 dollara təklif olunub.

Neftin belə ucuzlaşması Amerika şist kompaniyalarının iflas riskini xeyli dərəcədə artırıb.

Qeyd edək ki, OPEK-ə üzv 12 ölkənin hasilatı gündəlik 30 milyon barel həcmində saxlamaq barədə qərarından sonra ABŞ-da fyuçerslərin qiyməti 2010-cu il mayındakı minimuma enib.

Neftin hazırkı qiyməti indinin özündə böyük borcları yaranan bir çox şist layihələri üçün sərfəli həddən xeyli aşağıdır. Belə ki, 2012-2014-cü illərdə qazma işlərinin orta gəliri 59 milyard dollar olduğu halda, xərclər 136 milyard dollar təşkil edib. Qiymətlərin 75 dollara endiyi vaxtdan bəri sutkalıq hasilat 200 min barrelə qədər azalıb və bu rəqəmin 2015-ci ilin ikinci yarısında 650 min barelə çatacağı gözlənilir.

Hadisələrin belə inkişaf edəcəyi təqdirdə, ilk zərbə kəşfiyyat və hasilatla məşğul olan kiçik şirkətə dəyəcək. Onlar bazardan çıxaraq yerini iri kompaniyalara verməli olacaq.

Uzun müddət stabil tempi qoruya bilən adi quyulardan fərqli olaraq, şist yataqlarındakı neft və qaz quyularının hasilat tempi üç ildə orta hesabla 60-91 faiz aşağı düşür. Yeni quyuların kəşfiyyatı və istismarında azalması bir neçə il davam etsə, şist kompaniyaları kəskin maliyyə sıxıntısı keçirəcəklər. Nəticədə ən çox zərər görən məhz şist sektoru olacaq.

Amerikanın neft hasil edən kompaniyalarındakı defolt dalğası çətin ki, 2008-ci ildəki kimi maliyyə böhranına gətirib çıxarsın. Lakin ölkənin neft sektorunun ciddi problemlərlə üzləşəcəyi qaçılmazdır./ans/
1246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber