Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

BMT ABŞ-dan polis zorakılığını dayandırmağı tələb etdi

Birləşmiş Millətlər Təşkilatı ABŞ-da qaradərili gəncin polis tərəfindən öldürülməsini pisləyib və Ağ Evi ölkədəki polis zokakılıqlarını araşdırmağa çağırıb.

BMT-nin bununla bağlı yaydığı bəyanatda ABŞ-da polisin irqi azlıqlar və etnik qruplara qarşı zorakılığı və hədsiz zor tətbiq etməsi ilə bağlı narahatlıq ifadə olunub.
Təşkilat Amerikada polisin qaradərili insanları güllələməsini və öldürməsini tez-tez təkrarlanan hal adlandırıb.

BMT-nin müstəqil ekspertindən biri Cens Modviq bildirib ki, ABŞ rəsmiləri belə şikayətlər və onların təkibi barədə heç bir məlumat verməyib.

“Bizim ABŞ polisinin hədsiz güc tətbiq etməsi və əsasən də etnik qrupları və qaradərili əhalini hədəf alması barədə məlumatımız var və bu, bizi narahat edir. Ona görə də, komitə polis zorakılığı və hədsiz güc tətbiq etmə hallarının araşdırılmasına və lazımı tədbirlərin görülməsinə ehtiyac hiss edir".

Qeyd edək ki, BMT komitəsinin paneli ABŞ-ın işinə 2006-cı ildən bəri ilk dəfədir baxır. Panel mütəmadi olaraq BMT-nin işgəncəyə qarşı müqaviləsini təsdiqləyən 156 ölkədə işgəncə hallarını yoxlayır.

ABŞ-ın Missuri ştatında andlılar məhkəməsi silahsız qaradərili yeniyetməni öldürən ağdərili polisə qarşı ittiham sürmədiyi üçün Ferqusonda etiraz aksiyaları başlayıb.
964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...