Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

İŞİD-ə ağır zərbə: 59 kənd azad edildi

“İslam Dövləti” (İŞİD) terror qruplaşması İraqda geri çəkilməkdə davam edir.

“Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, Şimali İraq kürd regional rəhbərliyinin Peşmərgə gücləri İraqın Diyala mahalının 59 kəndini terror təşkilatından geri alıb.

“Anadolu”ya isə bu barədə Peşmərgənin bölgədəki komandirlərindən olan İsgəndər Seyid Osman bildirib: “Diyalanın Hemrin dağı ətəklərindəki 59 kəndi azad etdik. Hazırda olduğumuz yer Tolan kəndidir. İŞİD Celavle və Sədiyəyə hücum edərkən bu kənddən istinad nöqtəsi olaraq istifadə edirdi".

İŞİD hücumları zamanı yerli sakinlərin bölgəni tamamilə tərk etdiyini deyən Osman azad edilən kəndlərin hələ boş olduğunu söyləyib. O, Hemrin dağının da Bədir Briqadaları tərəfindən ələ keçirildiyini söyləyib.

Xəbərdə həmçinin bildirilir ki, İŞİD üzvləri qaçarkən cəsədləri Hemrin gölünə atıb. Göldən kiçik qayıqlarla qarşı tərəfə keçmək istəyən bəzi yaralı İŞİD-çilərin də boğularaq öldüyü deyilir./publika/
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber