Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Benzin Naxçıvanda qiymətləri “yandırdı”

«Əhali arasında narazılıq artıb»

Məlahət Nəsibova: «Irandan maşınların geçməsinə hər hansı məhdudiyyət yaransa, Muxtar Respublika blokada vəziyyətinə düşəcək»

Məlum olduğu kimi, Iran Islam Respublikasından Naxçıvan Muxtar Respublikasına gedən yol bağlandıqdan sonra bölgədə yanacağın qiyməti qalxıb. Hazırda Naxçıvanın bütün yanacaqdoldurma məntəqələrində AI 92 markalı benzinin bir litrinin qiyməti 1 manatdır.

Vəziyyətin bu həddə çatması yerli əhalini narahat etməkdədir. Problemin nə vaxt həllini tapacağı isə məlum deyil.

Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi Məlahət Nəsibova on günə yaxındır yolların bağlı olduğunu və Muxtar Respublikada vəziyyətin günü-gündən pisləşdiyini deyir. Çünki Naxçıvana gələn ərzaq məhsulları və yanacaq Irandan keçir. Iran yolu bağlanan kimi Naxçıvanda benzinin və ərzağın qiyməti bahalaşır.

Hüquq müdafiəçisi hakimiyyətin alternativ yollar axtarmalı olduğunu deyir. Çünki Irandan maşınların geçməsinə hər hansı məhdudiyyət yaransa, Muxtar Respublika blokada vəziyyətinə düşəcək. Artıq alternativ yollar axtarmaq lazımdır. Əks halda Naxçıvanda vəziyyət daha da pisləşəcək.

M.Nəsibova əhali arasında da narazılığın artdığını deyir. Çünki ərzağın və yanacağın qiymətinin qalxması onsuz da ağır vəziyyətdə olan əhalinin durumunu bir qədər çətinləşdirib. Problemin tam həllini tapmaması qiymətlərin bir qədər də bahalaşacağını deməyə əsas verir. Ona görə də hakimiyyət dairləri bu məsələyə diqqət yetirməli və vəziyyətdən çıxış üçün alternativ yollar tapmalıdır./azadlıq/
2090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37