Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Bakıda taksi sürücüləri üsyan edir

“Bizi işləməyə qoymurlar. Ailəmizə bir tikə çörəkpulu aparırıq, onu da qazanmağa imkan vermirlər. Birdəfəlik bunun bir yolunu tapsınlar. Ya bizə bir yer təklif etsinlər, ya da uyğun ərazidə yer ayırsınlar ki, müştəri də bizi tapmaqda çətinlik çəkməsin. Artıq neçə gündür ki, polis bizə bu ərazidə dayanmağı qadağan edib. Bilmirik ki, hara gedək. Belə dərd olar, qardaş. Başımıza bəla olublar”. Bu sözləri metronun “Neftçilər” stansiyası yaxınlığında çalışan bir qrupu taksi sürücüsü deyib.

Polis avtobus dayanacağı yaxınlığında dayanmağa imkan vermir. Sürücülər bildirirlər ki, 8-ci kilometr bazarı yanında belə bir qadağa yoxdur və onlara qarşı ayrı-seçkilik edilir.

Sürücülər deyirlər ki, onların çörək pulu bu yerdən çıxır və müştərilər da onları axtarıb tapmaqda əziyyət çəkmir. Son günlər isə taksi sürücülərinin ərazidən uzaqlaşdırılmasına görə onlar işləməyə yer tapmırlar: “Bəs hara gedək? Bizim çörəyimizə bais olublar. Əvvəl Nəqliyyat Departamentinin əməkdaşları göz verib, işıq vermirdilər. İndi də polis dayanmağa icazə vermir. Avtobus dayanacağında taksi saxlamaq qadağandır. Bunu başa düşdük və ərazi açıldı. Amma qanunda var ki, avtobus dayanacağından 15 metr aralıda taksi saxlamaq olar. Buna da icazə verilmir. Neçə gündür ki, bizi işsiz qoyublar. Neçə illərdir fəaliyyət göstərdiyimiz dayanacaqda maşın saxlamağımıza imkan vermirlər. Amma bizdən bir dayanacaq əvvəldə nə qədər taksi var. “Qara Qarayev” metrosunun girişində dayanan taksilər var".

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl “Neftçilər” metrostansiyası yaxınlığındakı ticarət mərkəzinin qarşısında da avtomobil saxlamaq qadağan edilmişdi. Polis əməkdaşları ilə ticarət obyektlərinin sahibləri arasında əldə edilmiş razılıqdan sonra avtomobillərin saxlanmasına izn verilirdi. Ancaq yenidən problem qaldırılıb və sürücülər taksiləri harada saxlayacaqlarını bilmirlər. Sürücülər aidiyyəti qurumlara müraciət edərək onlara işləmək üçün şərait yaradılmasını xahiş edirlər./musavat/
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı