Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Suriya təyyarələri Dəra əyalətinə 60 zərbə endirib

Suriyada ordusuna məxsus qırıcılar və hərbi helikopterlər İordaniya ilə sərhəddə yerləşən Dəra əyalətinin Şeyx Miskin və İbta bölgələrinə onlarla zərbə endirib.

Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, Şeyx-Miskin rayonu tərəflər üçün strateji əhəmiyyət daşıdığından burada şiddətli döyüşlər hələ də davam edir.

Ordu qüvvələri adıçəkilən və ətraf rayonlara havadan və qurudan 60 aviazərbə endirib.

Hökumət mənbələri burada silahlıların ağır zərbələrə məruz qaldıqlarını bildirib.

Döyüşlər Suriyanın digər əyalətlərində də davam edib. Ordu ər-Riqqa və Dirazzurda “İslam Dövləti” terror təşkilatına ağır zərbələr vurduğunu xəbər verib./SalamNews/
1085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı