Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Gəncədə 1 ay əvvəl itkin düşən qadının meyiti tapıldı

Meyitin Goranboy ərazisində basdırıldığı məlum olub

Gəncədə 1 ay əvvəl itkin düşən qadının meyiti tapılıb.

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, bu il oktyabr ayının 24-də itkin düşən, 1972-ci il təvəllüdlü şəhər sakini Svetlana Mayılovanın öldürüldüyü və meyitinin Goranboy rayonu Qaradağlı kəndi ərazisində basdırıldığı məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, S. Mayılova Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Rauf Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən 4 gün sonra R. Əliyev cinayəti gizlətmək məqsədi ilə S. Mayılovanın meyitini atasına məxsus “QAZ-24” markalı avtomobilə qoyaraq Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək həyətində basdırıb.

Cinayəti törədən R. Əliyev saxlanılıb./apa/
1047 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı