Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Rusiya nüvə başlıqlı raketlə Kamçatkanı vurdu

Rusiya yeni nəsil nüvə başlıqlı və 8 min kilometrdən hədəfi vura bilən “Bulava” raketinin sınağını keçirib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, strateji sualtı gəmi “Aleksandr Nevski”dən atılan raket müvəffəqiyyətlə Kamçatkada yerləşən hədəfi vurub.

Bu uğurlu əməliyyatdan sonra Rusiya 2020-ci ilə qədər 8 “Bulava” raketi istehsal etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, Moskva Termal Texnologiya İnstitutunun 1998-ci ildən bəri hazırladığı plana əsasən, Bulava (SS-NX-30) 10 ədəd nüvə başlığı daşıyır və atıldıqdan sonra havada istiqaməti və hədəfi dəyişə bilir.
964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi