Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Bakıda polisi xüsusi amansızlıqla öldürdülər

Bu gecə Bakının Xətai rayon ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən ans-ə verilən əmlumata görə, Neapol prospekti, 43 ünvanında yerləşən 432 saylı liseyin yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənovnun cəsədi tapılıb.

İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi araşdırılır.

Qeyd edək ki, R.Həsənov Sabunçu rayon mühafizə şöbəsində polis serjantıdır. Onun evli olduğu və iki uşaq atası olduğu bildirilir. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
1799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10