Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Hüsnü Mübarək bəraət aldı

Misirin keçmiş prezidenti Hüsnü Mübarək, iki oğlu, dövrün daxili işlər naziri Həbib əl-Adili və altı müavininin nümayişçilərin öldürülməsi və korrupsiya ittihamı ilə mühakimə olunduqları iddia üzrə məhkəmə yekun qərarını açıqlayıb.

«Frans Press» agentliyinin verdiyi məlumata görə, H. Mübarəkin hər iki ittiham üzrə günahsız olduğu barədə qərar qəbul olunub. Digər günahlandırılan şəxslər də bu iddialar üzrə bəraət alıblar.

Mübarək məhkəməyə qaldığı hərbi hospitaldan təcili yardım helikopteri ilə gətirilib. O, oğulları Ala və Camalla məhkəmə prosesini eyni dəmir qəfəsdə izləyib.

K. Mübarək haqqında daha əvvəl başqa bir korrupsiya ittihamı üzrə üç il həbs cəzası çıxarıldığı üçün 86 yaşlı eks-prezidentin həbsdən azad edilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, H. Mübarək, iki oğlu, dövrün daxili işlər naziri Həbib əl-Adili və onun altı köməkçisi 2011-ci ilin yanvar ayında hökumətə qarşı aksiya keçirənləri öldürmək əmri verməkdə ittiham olunurdu. Həmin aksiyalar zamanı 1400-dən çox insan həlak olub./apa/
1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39<