Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

BMT itkiləri açıqladı

BMT Ukraynanın şərqində gedən döyüşlərdə tərəflərin verdikləri itkiləri açıqlayıb.

Qurumun "Twitter" səhifəsində Donetsk ərazisində müharibənin gedişatında ölənlərin sayı 4356 nəfər göstərilib. BMT-ın nümayəndələri bu siyahıya "Boinq" qəzasında həlak olmuş sərnişinləri də daxil edib.

“Noyabrın 25-ə olan məlumatlara görə Ukraynanın şərqində öldürülmüşlərin sayı 4356 nəfər (Boinqin qəzasında 298 qurbanı daxil olmaqla) təşkil edib, yaralanların sayı isə 10018 nəfərdir", -deyə məlumatda bildirilir.

Keçən ay ərzində öldürülənlərin sayı 600 nəfər artıb. BMT-ın ötən ay üçün yaydığı məlumatda göstərilirdi ki, Ukraynanın şərqində həlak olmuşların ümumi sayı 3724 nəfərdir./ans/
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber