Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Naxçıvanda yas yerləri ciddi nəzarətə götürülüb

"Naxçıvanda dini durum sabitdir. Burada din xadimlərinə böyük hörmət var. Qanunvericiliyə zidd fəaliyyət olarsa, qarşısı qətiyyətlə alınacaq. Naxçıvanda dini zəmində qarşıdurma olmayıb və bundan sonra da olmayacaq".

Bunu Naxçıvanın Dini Qurumlarla İş üzrə İdarəsinin (DQİİ) rəisi Vüqar Babayev "Şərq qapısı" qəzetinə bildirib.

V.Babayevin dediyinə görə, muxtar respublikada dini məsələləri tənzimləmək üçün komissiya yaradılıb: "Bu komissiyaya Ali Məclis sədrinin, daxili işlər, təhsil nazirlərinin müavinləri, DQİİ sədri nə muxtar respublikanın qazisi daxildir. Komissiya ildə bir dəfə Ali Məclisə hesabat verəcək. Bu komissiya yas mərasimlərinin dini qaydada keçirilməsinə nəzarət edəcək. Komissiya həmçinin din xadimlərinin yas yerlərində radikalizm meyllərindən uzaq durmalarına nəzarət edəcək, radikal dini təriqətlərin formalaşmasına imkan verilməməsi sahəsində birgə fəaliyyət göstərəcək".

Vüqar Babayev dindarların vahid geyim məsələsinə də toxunub: "Bir sıra Avropa ölkələrində olduğu kimi, bizdə də taksi xidməti göstərən şəxslərin özünəməxsus geyimləri var. O cümlədən muxtar respublikada qeydiyyatdan keçən bütün din xadimləri vahid geyim forması ilə təmin olunublar. Bu geyimlər dövlət tərəfindən onlara ödənişsiz olaraq verilib. Hər bir din xadimi iki dəst geyim forması və ayaqqabı ilə artıq təmin edilib. Yas yerlərində din xadimlərinin bu geyimləri geyinmələri məcburi xarakter daşıyır".

Bir müddət öncə Naxçıvanda dindarların saxlandığı və onlara təcridxanada işgəncələr verildiyi haqda məlumatlar yayılmışdı. Həmin şəxslərin "Azadlıq" radiosuna bildirdiyinə görə, həmin işgəncələrdə Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov şəxsən özü iştirak edib.
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...