Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

Kabildə əcnəbilərin qaldığı binaya hücum edən talibançılar öldürüldü

Əfqanıstanın paytaxtı Kabildə xarici vətəndaşların qaldığı binaya hücum edən talibançılar öldürülüb. “Röyters”in verdiyi xəbərə görə, bu barədə Əfqanıstan ordusunun nümayəndəsi bildirilib. Məlumata görə, hücum “Taliban” hərəkatının 3 üzvü tərəfindən törədilib.

Hərbçilərin məlumatına görə, hücum zamanı azı 2 nəfər ölüb, 8 nəfər xilas olunub. Bu Kabildə son üç gündə törədilmiş ikinci hücumdur.

Bundan əvvəl, noyabrın 27-də Böyük Britaniyanın Kabildəki səfirliyi qarşısında terrorçu-kamikadze tərəfindən törədilmiş partlayış nəticəsində Britaniya vətəndaşı daxil olmaqla 5 nəfər ölüb, 34 nəfər yaralanıb.
833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP