Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

İŞİD əmrlərinə tabe olmayan həkimləri öldürüb

İraqın Mosul şəhərindəki xəstəxanaya yaralı olaraq gətirilən İŞİD terror qruplaşması üzvlərini müalicə etməkdən imtina edən 10 həkim öldürülüb. Bu barədə Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan İsmət Rəcəb məlumat verib.

O bildirib ki, İŞİD silahlıları əmrə tabe olmayan həkimləri sıra ilə düzərək güllələyib həyatlarına son qoyublar.

Bundan başqa, İŞİD-in Mosuldakı toplanış mərkəzlərinə hava qüvvələrinin etdiyi hücum nəticəsində 43 terrorçu məhv edilib.

Qeyd edək ki, bombardmançı təyyarələrin hədəfi Neynəva oteli ilə Zühur məhəlləsi arasında yerləşən İŞİD mövqeləri olub./ans/
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15