Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

FİFA-da rüşvət qalmaqalı böyüyür

Frans Bekkenbauer də rüşvət ittihamı ilə bağlı sorğu sual ediləcək

FİFA-nın 3 əməkdaşı rüşvət qalmaqalı üzrə istintaqa cəlb olunub. Ali futbol qurumunun üç əməkdaşı futbol üzrə 2018 və 2022-ci il dünya çempionatlarına ev sahiblərinin seçilməsi üzrə işlə əlaqədar istintaqa cəlb edilib. Belə ki, ispaniyalı Anhel Mariya Vilyar Liona, belçikalı Mişel d’Oge və Tailand nümayəndəsi Voravi Makudi FİFA-nın etika kodeksini pozmaqda ittiham olunur.
İstintaqa cəlb edilənlər arasında onlardan başqa FİFA icraiyyə komitəsinin keçmiş üzvü alman Frans Bekkenbauer və təşkilatın texniki komissiyanın sabiq başçısı çilili Harold Meyn-Nikolls da var.
Qeyd edək ki, 2010-cu ildə FİFA-nın icraiyyə komitəsi tərəfindən keçirilmiş səsvermənin nəticələrinə görə 2018 və 2022-ci il dünya çempionatlarına müvafiq olaraq Rusiya və Qətər ev sahibliyi edəcək. O vaxtdan bəri bu seçimin ədaləti tez-tez şübhə altına alınır.
FİFA bu ilin noyabr ayında etika üzrə hüquq şöbəsinin səsvermədə hər hansı hüquq pozuntusunun qeydə alınmadığına dair hesabatını dərc etsə də, mövzu ətrafında müzakirələr səngimək bilmir.
960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP