Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

Ən-Nüsrənin şiələr yaşayan şəhərlərə hücumunun qarşısı alındı

Əl-Qaidənin Suriya qolu olan ən-Nüsrə cəbhəsi terror qruplaşmasının Suriyanın Hələb əyalətinin şiələr yaşayan Nəbil və əz-Zəhra şəhərlərinə hücumu nakam qalıb.
Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, dünən axşamüstü xalq qüvvələri Nəbil şəhərinə hücum edən ən-Nüsrə cəbhəsinin və əz-Zəhra şəhərinə hücum edən ən-Nüsrənin tərəfdarlarının hücumunun qarşısını almışlar.
Məlumata əsasən, xalq qüvvələri ən-Nüsrə cəbhəsinin bomba yüklü maşınını əl-Cud məntəqəsinə çatmamış zərərsizləşdirə biliblər.
Ən-Nüsrə terrorçuları əl-Cudda olan divarı partlatmaq və buradan şəhərə nüfuz etmək istəyirmişlər.
Ən-Nüsrə cəbhəsi terrorçuları bu əməliyyatı öz üzərlərinə götürmüş və elan etmişlər ki, intiharçı əməliyyatı yerinə yetirmək istəyən şəxs Əbu Həsna əl-Cəzravi olmuşdur.
Onun Səudiyyə Ərəbistanı vətəndaşı olması ehtimal edilir.
1089 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi