Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

İŞİD-in yeni hücumu; bombalı Quran – Foto

İraqın Diyala əyalətinin təhlükəsizlik komitəsi terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) işğalçılarından azad edilmiş ərazilərdə olan məscid və anbarlarda bomba quraşdırılmış Quranlar kəşf etdikləri barədə məlumat vermişdir.
Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, sözügedən komitənin rəisi Seyid Sadiq Hüseyni bu barədə deyib: Əs-Sədiyyə və Cəlulanın azad edilməsindən və yol və evlərin terrorçulardan təmizlənməsindən sonra, İŞİD-in bomba quraşdırdığı Quranlar kəşf edilmişdir. İŞİD bu Quranları məscidlərdə yerləşdirmiş və öz nəzarətində olan kəndlərdə paylamaq üçün anbarlarda saxlayırmış.
O deyib: İŞİD-in bu addımı onların cinayətkar ruhiyələrinin göstəricisidir. Onlar öz dağıdıcı hədəflərinə çatmaq üçün bütün müqəddəsləri təhqir edirlər. Onların bu addımı Allahın kitabı və mübarək İslam dininə açıq-aşkar zülmdür.
S. S. Hüseyni bildirib: Diyala əyalətinin partlayıcı qurğuları zərərsizləşdirmə qrupu bomba quraşdırılmış Quranları Allah kitabının şənində olmayan yerlərdə taparaq zərərsizləşdirmişlər.
1345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37