Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

Nuri Maliki: İraq İŞİD-in qəbristanı olacaq - FOTOLAR

İraqın vitse-prezidenti Nuri Maliki ölkənin yüksək səlahiyyətli məmurları ilə birgə Livana səfər etmişdir. O Beyrut aeroportunda Livan rəsmiləri və Hizbullah baş katibinin nümayəndəsi tərəfində qarşılanmışdır.
Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, aeroportda jurnalistlərə açıqlama verən Maliki deyib: İki ölkə arasındakı əlaqələrin genişlənməsi qarşısında duran maneələr, o cümlədən terrorizm və regiondakı ağır şərait sürətlə aradan qaldırılmalıdır. Yeni qurulan İraq bütün dünya və xüsusilə Livanla öz əlaqələrini möhkəmləndirməlidir.
O terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) ilə mübarizənin gedişi barədə deyib: İşğal edilmiş ərazilərin 50 %-dən çoxunu azad etmişik. Təkcə Mosul və bir neçə məntəqə İŞİD-in işğalındadır. Lakin bu təcrübə geniş şəkildə araşdırılmalı və təhlil edilməlidir.
Maliki bildirib: Mən qələbələr barədə çox müsbət fikirdəyəm. İraq İŞİD-in qəbristanı olacaq. Əlbəttə diqqət etmək lazımdır ki, hava hücumları işğal altında olan ərazilərin azad edilməsinə səbəb olmayacaq. Məntəqələri azad edənlər quruda döyüşən mücahid və döyüşkən əhalidir.
1063 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber