Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

YPG: İŞİD-in Türkiyədə təlim mərkəzləri var

Nur-az.com-un Fars News-a istinadla verdiyi xəbərə əsasən, Suriyada fəaliyyət göstərən kürd xalq müdafiə qüvvələrinin (YPG) komandiri Türkiyədə İŞİD-çilərə təlim verən mərkəz və poliqonların olduğunu bildirib.
YPG komandiri Sipan Həmu ANHA agentliyinə müsahibə verən zaman deyib: Suriya Kürdüstanı əleyhinə baş vermiş bütün hərəkətlərdə Türkiyənin əli olmuşdur. Hal hazırda da Türkiyədə İŞİD qüvvələrinin təlim mərkəzləri mövcuddur.
O deyib: Türkiyə Azad Suriya Ordusu (ASO) vasitəsilə hadisələri öz nəzarətinə keçirmək istəyirdi ki, bunda nakam qaldı. Hazırda da Cəzirə və İfrin məntəqələrində qarışıqlıq yaratmaq üçün proqramlar hazırlayır.
O dedi: Kobani əleyhinə bütün problemlərdə və İŞİD-in irəliləməsində Türkiyə dövlətinin əli olmuşdur. Hazırda Türkiyə bu proqramı Həsəkədə icra etməyə hazırlaşır. Həsəkədə də kürdləri İŞİD-lə ağır döyüşə çəkmək istəyir. Bu vəziyyət İfrin üçün də ehtimal edilir. İfrində ən-Nüsrə qruplaşmasını kürdlərə qarşı qaldırmaq istəyirlər.
O Türkiyənin məqsədinin kürdlərin hər üç muxtar bölgədə İŞİD-lə uzun müddətli qarşıdurma yaratmaq olduğunu bildirərək dedi: Hal hazırda Türkiyədə İŞİD-ə təlim verən poliqonlar Ankara və Kilis şəhərlərində yerləşir.
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...