Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Suriyada kimyəvi silahın məhvi əməliyyatlarının vaxtı açıqlanıb

Kimyəvi Silahların Yayılmaması Təşkilatı (KSYT) Suriyadakı kimyəvi maddələrin məhvi prosesinin vaxtını açıqlayıb.

SalamNews-un əl-Ərəbiyyə telekanalına istinadla verdiyi xəbərə görə, Suriyadakı kimyəvi maddələr cari ilin sonuna qədər ölkədən çıxarılacaq.

Təşkilat verdiyi bəyanatda 5 fevral 2014-cü ilədək məhv edilməsi nəzərdə tutulan kimyəvi maddələrin başqa bir ölkəyə aparılmasını istəyib. Ölkə kimyəvi obyektlərinin cari il dekabrın 15-dən gələn il mart ayının 15-nə qədər sıradan çıxarılmasını və prosesə 2014-cü il iyun ayının 30-da son verməyi nəzərdə tutub.

Bildirək ki, KSYT Suriyadan çıxarılacaq kimyəvi maddələri Albaniyada zərərsizləşdirmək niyyətində idi, lakin Albaniya hökuməti buna icazə verməyib.
1706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...