Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

34 yaşlı ana özünü asdı

Bu gün Xaçmaz rayonunun Xudat şəhərində səhərə yaxın intihar hadisəsi baş verib.

Hadisə Xudat şəhərinin birinci şöbə adlanan yeni salınmış yaşayış massivində baş verib. İntihar edən şəxs 1980-ci il təvəllüdlü Əhmədova Zöhrə Şamil qızıdır. O, yaşadığı evin həyətində çörək bişirmək üçün ayrılmış yerdə özünü asaraq intihar edib.

Bu barədə onun ailə üzvləri səhər saat 9:00 radələrində Xaçmaz rayon polis şöbəsinin Xudat bölməsinə xəbər veriblər.

Hadisə yerinə polis və Xaçmaz rayon Prokurorluq əməkdaşları gəlib. Mərhumun meyiti tibbi ekspertiza üçün morqa aparılıb. Faktı Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov təsdiqləyib.

Qeyd edək ki, mərhumun məktəbli övladları var. Onlar dindirilmə zamanı analarının heç bir problem olmadığını deyiblər./ans/
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
Go to TOP