Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

Qaxda çadırda yaşamağa məhkum edilmiş bir ailənin dramı... - FOTOLAR

«Musavat.com»-un redaksiyasına Qax rayonundan şikayət məktubu daxil olub. Məktubu bizə ünvanlayan Qax rayonu, Güllük kəndinin sakini Ceyhun Abdulrzayevdir. Onun şikayəti isə evi ilə bağlıdır.

Belə ki, 2012-ci ilin may ayının 7-də episentri Zaqatala rayonu ərazisinə düşən və 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. 

Prezidentin göstərişlərinə əsasən, Nazirlər Kabinetinin müxtəlif sərəncamları ilə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ehtiyat fonddan və dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına bölgədə tikinti işlərinə başlanılmışdı. Amma həmin tikinti və təmir işlərinin üzərindən 2 il keçməsinə baxmayaraq, zəlzələdən zərər görmüş bir neçə ailənin evi hələ də təmir edilməyib. Onlardan biri də Ceyhun Abdulrzayevin yaşadığı evdir.

«Həm evsizəm, həm də ağır xəstə...»

C.Abdulrzayevin sözlərinə görə, evləri yararsız hala düşdüyü üçün 2 ildən çoxdur ki, ailəsi ilə birgə çadırda yaşayır: «2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində evimiz yararsız hala düşüb. Evimizə komissiya tərəfindən 6 dəfə baxış keçirilib. Amma heç bir faydası olmayıb. Həmin evdə mənim ailəm və iki qardaşımla birgə yaşayırdıq. Amma zəlzələdən sonra ev elə bir hala düşüb ki, orada yaşamaq mümkün deyil. İmkanım olsa, özüm təmir edərdim. Amma kasıb adamam. Maddi durumum evi təmir etmək üçün yetərli deyil. 2 ildən çoxdur ki, çadırda qalırıq. Özüm də xərçəng xəstəliyinə tutulmuşam. Həm evsizəm, həm də ağır xəstə...»

«Vəziyyətimiz acınacaqlıdır. Bizə yardım etsinlər»

C. Abdulrzayev qeyd edir ki, onun evindən başqa bütün evləri tikiblər və ya əsaslı təmir ediblər: «Ətrafımızdakı bütün evləri yenidən tikiblər. Ortada yalnız mənim evim qalıb. Dəfələrlə şikayət etmişəm. Amma heç bir tədbir görülməyib. Sula verirəm ki, «Mənim evimi niyə tikmirsiniz?» Ancaq hər dəfə də eyni cavabı alıram, «Sənin də evin tikiləcək». Amma tikmirlər. Qarşıdan qış ayları gəlir. Qışda çadırda yaşamaq qeyri-mümkündür. Hər dəfə yağış yağanda evdən vedrələrlə su daşıyırıq. Vəziyyətimiz acınacaqlıdır. Bizə yardım etsinlər».






1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 11:34
Bu barədə vəkil Cav