Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

Bakıda yol polisi ilə ata-oğul arasında qarşıdurma

Bakıda yol polisi vətəndaşlardan şikayət raportu yazıb. Noyabrın 24-də Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edən Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu bildirib ki, Əhməd Cavad küçəsində kobudluqla üzləşib. 1996-cı ildən daxili işlər orqanlarında işləyən 47 yaşlı N.Mövlayev bildirib ki, həmin keçədə yaşayan 1989-cu il təvəllüdlü Əliyev Zaur Azad oğlu idarə etdiyi “Wolskfagen” markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü və atası, 1957-ci il təvəllüdlü Əliyev Azad Məlikməmməd oğlu xəbərdarlığa məhəl qoymayıb və yol polisi ilə mübahisə ediblər.

Polis zabiti bildirib ki, ata və oğlu onu söyərək təhqir ediblər.

Qeyd edək ki, bu hadisədə adları hallanan ata və oğlu da noyabrın 24-də polis bölməsinə müraciət ediblər. Onlar şikayət ərizələrində polis əməkdaşının kobudluğu ilə qarşılaşdıqlarını, N.Mövlayevin onları təhqiramiz sözlərlə alçaltdığını qeyd ediblər. Şikayətçilər polis kapitanını onları yumruqla vurduğunu da əlavə edib./lentaz/
919 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi