Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2014

Eldəniz Quliyevdən “Yeni Müsavat”a öldürücü ironiya

Tanınmış ziyalı, Milli Şuranın üzvü Eldəniz Quliyev hakimiyyətin ruporuna çevrilmiş “Yeni Müsavat” qəzetinin son günlər AXCP-yə qarşı tirajladığı şər-böhtanlara öldürücü ironiya ilə cavab verib. Eldəniz Quliyevin facebook səhifəsində paylaşdığı həmin qeydi təqdim edirik:

AXCP-nin gənc fəallarından biri yolla gedirmiş. Birdən ayağı boş bir limonad şüşəsinə dəyir, butulka sınır. Elə o andaca... şüşədən bir Cin çıxır. Üzünü oğlana tutub deyir:
- Ey mənim sahibim, səndən buyruq, məndən qulluq!.. Nə arzun-istəyin varsa, de, bir göz qırpımında yerinə yetirim.
Oğlan Cini sınamaq məqsədilə:
- Get, Hind okeanının üstündən qəşəng bir körpü çək! - deyir.
Cin dərin fikirə gedir, handan-hana günahkarcasına mızıldanır:
- Ya başımın ağası, bu çoox qəliz bir məsələdi axı... Bəlkə başqa bir şey əmr edəsən?..
Oğlan deyir:
- Onda elə et ki, mən "Yeni Müsavat"ın felindən, məkrindən agah olum!..
Cin bunu eşidən kimi dik atılır:
- Ya sahibim, -deyir, - Bayaq buyurduğun körpünün eni nə qədər olsun dedin?..
1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı