Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Orxan Zeynalov “Ded Xasan”ın sürücüsü olan kameraya köçürülüb

Orxan Zeynalovu və Denis Panini hal-hazırda ikimərtəbəli binanın ikinci mərtəbəsində xüsusi şəxslər üçün ayrılmış kamerada otururlar

Biryuleva sakini Yeqor Şerbakovun qətlində ittiham edilən Orxan Zeynalov Moskvada öldürülmüş kriminal avtoritet Aslan Usoyananın sürücüsü olan Denis Paninlə istintaq təcridxanasının eyni kamerasına yerləşdirilib.

Orxan Zeynalovu və Denis Panini hal-hazırda ikimərtəbəli binanın ikinci mərtəbəsində xüsusi şəxslər üçün ayrılmış kamerada otururlar.

3x5 metrə olan kamerada əlavə iki nəfər də oturur ki, bunlardan biri qətldə şübhəli bilinən Hərbi Dəniz Flotunun keçmiş polkovniki Vadim Tumanovdur. Kamerada məhkumların üçün 2 ədəd, ikimərtəbəli çarpayı var.

Hər gün məhbuslar təmiz hava qəbul etmək üçün bir saatlıq həyətdə gəzintiyə çıxırlar. Günün qalan vaxt ərzində kameranın açıq-qəhvəyi divarlarına tamaşa edir və televizora baxırlar.

Lifenews-un verdiyi məlumata görə, 35 yaşlı Denis Panin Lipetsk şəhərinin “polojeniyasına baxan” Aleksandr Abbasın oğurluğunda və “Ded Xasan” klanından olan Artem Arakelyanın qətlində şübhəli bilinir.
2137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24