Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

ABŞ-ın qara günləri başladı

Amerika Birləşmiş Ştatların Missuri ştatının Ferquson şəhərində ağ polisin qara yeniyetməni öldürməsi zəminində baş verənlər həm də dirilmə oldu. Məhkəmənin qatilə bəraət verməsindən sonra Birləşmiş Ştatların böyük şəhərlərinin çoxdan görmədiyi sözün həqiqi mənasında qara günlər başladı. Bəs ağların qara şəhərində nə baş verib.

Ferqusonda nə baş verib?

Amerika Birləşmiş Ştatlarında qaraların etirazı əslində Maykl Braunun öldürüldüyü tarxdə, yəni bu ilin avqustun 9-dan sonrada başlamışdır. Amma ən böyük kütləvi aksiyalar məhz Maykl Braunun öldürən polis məmuruna qarşı məhkəmənin çıxardığı qərardan sonra, yəni polisə bəraət veriməsindən sonra başladı. Demək olar ki, ölkənin ən iri şəhərlərində - Nyu-York, Vaşinqton, Las Veqas, Çikaqo, Atlanta, Boston da daxil olmaqla 170 şəhərdə kütləvi aksiyalar başladı. Qaraların versiyasına görə, Maykl Braunun öz dostları ilə birlikdə nənəsi gilə gedən vaxt polis onlara yaxınlaşıb və "yaramazlar" deyə müraciət edib. Və siz yol hərəkəti qaydalarını pozdunuz deyib. Və o öz silahı ilə onları öldürəcəyilə hədələyib və Maykl Braununa atəş açıb. Maykl Braunun anasının dediyin görə, polis 7 dəfə atəş açıb.

Ağların, yəni polisin versiyasına görə, hadisə başqa cür baş verib. Hətta iri cüssəli olan Maykl Braunun özü polisə qarşı kobudluq edib, polisi təhqir edib, hətta polisin silahını belə almağa cəhd edib. Və bu zaman polis ona atəş açıb. Maykl Braunun öldürülməsi əhalisinin 70 faizinin qara dərililərdən ibarət olduğu Ferquson şəhərində zəncilərin səbrini daşırıb. Çünki, qaradərililər bu hadisəsdən də əvvəl inanırdılar ki, polis onlara qarşı həmişə qəzəbli yanaşıb və yeri gəldi-gəlmədi yoxlayıb, həbs edib, sıxışdırıb. Qaraların isə hakimiyyətdən narazılığının daha dərin səbəbləri var. Sentuis və ona bitişik qəsəbələrdə, o cümlədən Ferqusonda da əhali arasında işsizlik səviyyəsi yüksəkdir. Əhalinin 20 faizindən çoxu kasıblıq həddində yaşayır. Qaradərililər hesab edirlər ki, hakimiyyət onların problemlərinə yetərincə diqqət ayırmır və irqi ayrıseçkiliyə yol verir.

Amerika Birləşmiş Ştatlarında ağlarla qaraları problemi tarixən olub. İlk qaradərili prezident kimi Barak Obama seçildikdə çoxları düşünürdü ki, artıq qara problemi aradan qaldırılacaq. Amma görünən odur ki, bu problem hələ də qalmaqdadır. Ancaq hakimiyyətin də təbii ki, qaradərilərdən narazı qalmasının əsasları var. Bir qayda olaraq qaradərililərin sıx yaşadığı şəhərlər və bu şəhərlərin zənci kvartalları daha çox cinayətkarlığın yüksək səviyyədə olması ilə xarakterizə edilir. Qaradərililərin Amerika Birləşmiş Ştatlar əhalisini cəmi 12 faizini təşkil etməsinə baxmayaraq ölkədə törədilən bütün qətllərin demək olar ki, yarıdan çoxu onların payına düşür. Soyğunçuluq hadisələrinin isə 60 faizini qaralar törədir. Bu baxımdan da Amerika polisi istənilən qaradərili gəncə potensial cinayətkar kimi baxır. Demək olar ki, Amerika Birləşmiş Ştatlarında qaraların çoxu qanuna tabe olmaq istəmirlər. Və bu cür insanlar azlıq təşkil etmirlə. Maykl Braunun öldürülməsindən sonrada Birləşmiş Ştatlarda irqi ayrıseçkilik, polis özbaşınalığı və sərbəst toplaşmaq azadlığı məsələləri qabardıldı. Bu hadisədən sonra Birləşmiş Ştatlarda polisin istifadə etdiyi silahlarla bağlı qanuna dəyişiklik edilməsinə dair çağırışlarda edildi. Tədqiqatlara əsasən Birləşmiş Ştatlarda qara dərili amerikalılar öz ağdərili yaşıdları ilə müqayisədə 21 dəfədən çox polisin qurbanı olurlar. Maykl Braunun öldürülməsində sonra Birləşmiş Ştatlarda 18 qaradərili gənc polis tərəfindən öldürülüb. Sonuncu belə hadisə isə bu günlərdə Klivlent də 12 yaşlı uşağın polis tərəfindən öldürülməsi oldu. Hətta bəziləri Birləşmiş Ştatlarda polislərin əyləncə xatirinə silahsız afroamerikalıları öldürdüyünü deyirlər”./ans/
927 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber