Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

İraq ordusunda böyük yeyinti

Bu yeyintilər Azərbaycan hökuməti üçün köhnəlib...

İraqda Heydər İbadinin rəhbərliyində qurulan yeni hökumət orduda böyük korrupsiya faktı aşkarlayıb. İraq ordusunda ştat cədvəlində adı yazılan, realda isə mövcüd olmayan 50 000 əsgərə maaş verdiyi müəyyənləşib.

Orduda təxminən 4 divizya xəyali əsgər olduğunu bildirən baş nazir ordudakı bu korrupsiyanın qarşısını alacağına söz verib.

Faktla bağlı açıqlama verən ordu rəsmisi isə yeyintinin 2 şəkildə həyata keçirildiyini bildirib.

“Korrupsiya 2 şəkildə baş verib. Misal üçün bir zabitə 5 mühafizəçi verilir. Həmin zabit 2 nəfəri saxlayır, 3 nəfəri evə göndərir. Evə göndərilən 3 əsgərin maaşını isə özü alır. İkinci isə hərbi hissə səviyyəsində olub. Hərbi hissənin komandiri 30-40 əsgəri evə yollayır. Problem budur ki, həmin zabitlər öz mövqelərini qorumaq üçün özlərindən yuxarıya yüksək məbləğdə rüşvət veriblər”.

Həmin rəsmi bu səbəbdən minlərlə əsgərin qaçdığını və ya öldürüldüyünü, amma bu faktların qeydə alınmadığını bildirib.

Qeyd edək ki, İraq ordusu barədə mübahisələr iyunun 10-da İŞİD qruplaşmasının 800 nəfərlə Mosulu işğal etməsindən sonra başlamışdı. Məlumata görə, bu zaman 30 000 iraqlı hərbçi Amerika modeli zirehli vasitələrdən istifadə etmədən və hətta hərbi formalarını geyinmədən Mosuldan qaçmışdı./ans/
878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber